Xəbər lenti

Uşaq bağçalarında pulu kim yığır? - Meriyada Eldar Yunusov qalmaqalı
Ölkə10:36 19.09.2014

Uşaq bağçalarında pulu kim yığır? - Meriyada Eldar Yunusov qalmaqalı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Hacıbala Abutalıbov Eldar Yunusovun əməllərinə niyə göz yumur?

"Paytaxtdakı uşaq bağçalarının Təhsil Nazirliyindən alınaraq, Bakı şəhər İcra Hakimiyyətinə verilməsindən sonra məlum problemlərin aradan qaldırılması gözlənilsə də, vəziyyət dəyişmədi. Əksinə, rüşvət faktoru daha da qabardı və asanlaşdı. Kim nə istəyir onu da edir". 

Qaynar.info xəbər verir ki, bu barədə Bizimxeber.az-a daxil olan məlumatda bildirilir. 

Məlumata görə, Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəhbəri Eldar Yunusovun göstərişi ilə uşaqların bağçaya götürülməsi zamanı 100 manat rüşvət istənilir. 

"Bağça müdirləri də bu imkandan yararlanaraq valideynlərdən 150 manat istəyirlər, yəni 100 Eldar müəllimin, 50 manat da özlərinin.  Bu quruma nəzarət edən Hacıbala Abutalıbov isə baş verənlərdən xəbərsiz kimi, düzlük və dürüstlükdən danışır. Rüşvət  alırlar Hacıbala müəllim, rüşvət…", - deyə məlumatda bildirilir.

Qaynar.info