Xəbər lenti

Uşaq bağçasında qumbara - GƏNCƏDƏ
Ölkə08:36 04.01.2014

Uşaq bağçasında qumbara - GƏNCƏDƏ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bağçanın həyətində “F-1” markalı qumbaranı ərazidə qazıntı aparan fəhlələr aşkar ediblər

Bu gün saat 11:40 radələrində Gəncədə uşaq bağçasının həyətində istifadəyə yararlı olan əl qumbarası tapılıb. ANS PRESS-in verdiyi məlumata görə, “F-1” markalı qumbaranı ərazidə qazıntı aparan fəhlələr aşkar ediblər. 

Əraziyə polis və xilasedicilər cəlb olunub. Bağçaya giriş-çıxış bağlanıb. Bağçada bayram günləri ilə bağlı uşaq olmasa da, işçilər evakuasiya ediliblər. 

Hazırda mütəxəssislər qumbaranın zərərsizləşdirilməsi istiqamətində çalışırlar.

Qumbaranın bağçanın həyətinə kim tərəfindən atıldığı araşdırılır.

Qaynar.info