Xəbər lenti

Uşaq döyülən internatdan FOTOSESSİYA
Ölkə09:15 22.05.2014

Uşaq döyülən internatdan FOTOSESSİYA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Artıq bir neçə gündür ki, 7 nömrəli xüsusi internat məktəbində uşağın döyülməsi gündəmdən düşmür. 

Təhsil Nazirliyi bu gün məsələyə rəsmi reaksiya verərək hadisənin nazir Mikayıl Cabbarovun şəxsi nəzarətinə götürüldüyünüy bildirdi.

Eyni zamanda Təhsil Nazirliyi tərəfindən məsələnin daha təfsilatı ilə araşdırılması üçün əlavə yoxlama məqsədilə xüsusi komissiya yaradılıb. Komissiyanın fəaliyyət göstərəcəyi müddətdə 7 nömrəli internat məktəbinin rəhbərliyi və məsələdə adı hallandırılan digər şəxslər vəzifəsindən müvəqqəti kənarlaşdırılıb və təhsil müəssisəsinin idarəolunması Təhsil Nazirliyinin müvafiq məsul şəxslərinə həvalə olunub.

Qaynar.info AzVision.az-a istinadən qalmaqallı internat məktəbindən fotoları təqdim edir: