Xəbər lenti

Uşaq neft quyusunda öldü - Bakıda
Ölkə20:35 14.11.2014

Uşaq neft quyusunda öldü - Bakıda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sabunçu rayonunda bədbəxt hadisə baş verib.

Qaynar.info Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakının Sabunçu rayonunda 1 nəfər azyaşlı fərdi yaşayış evinə yaxın olan ərazidə yerləşən, qoruyucu hasarı 2 metr, diametri 8-10 metr, dərinliyi 7-8 metr və daxilində 3-4 metr çirkab suyu olan köhnə neft tullantısı quyusuna düşüb.

Hadisə yerinə cəlb olunmuş xilasedicilər tərəfindən azyaşlının meyiti quyudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qaynar.info