Xəbər lenti

""Uşaq pulu" ilə bağlı işçi qrupun yaradılması doğru deyil" - Milli Məclis
Ölkə15:36 02.09.2020

""Uşaq pulu" ilə bağlı işçi qrupun yaradılması doğru deyil" - Milli Məclis

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Milli Məclisin bəzi kütləvi informasiya vasitələrində İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimliyə istinadən parlamentin payız sessiyasında "uşaq pulu" məsələsinin müzakirəyə çıxarılacağına dair məlumatlarla bağlı açıqlama yayıb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Qaynarinfo-ya daxil olan məlumatda deyilir:
"Qeyd olunub ki, guya bir müddət öncə Milli Məclisin sədri Sahibə Qafarova "uşaq pulu"nun bərpasının müzakirəsi üçün parlamentdə işçi qrupun yaradılması barədə göstəriş verib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi olaraq bildiririk ki, ictimaiyyətə təqdim edilən bu məlumat həqiqətə uyğun deyil və heç bir əsası yoxdur".