Xəbər lenti

Uşaqlar arasında rəsm sərgisi keçirildi (FOTOLAR)
Ölkə12:42 10.01.2020

Uşaqlar arasında rəsm sərgisi keçirildi (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azerbaijan Digital Art-School-da Rəsul Həsən və Ramilə Şamilovanın tələbələrinin işlərindən ibarət Qrafiq Dizayn və Rəssamlıq sərgisi keçirilib.
Qaynarinfo xəbər verir ki, sərgi tələbələrin üç ay ərzində ərsəyə gətirdikləri işlərdən ibarət olub. Sərgidə akademik və yaradıcı üslublar, müxtəlif dizayn işləri nümayiş olunub. Sərginin məqsədi yaradıcı mühitə təsir göstərmək, həmçinin sərgi iştirakçılarını geniş kütlələrə tanıtmaqdır. Sərgidə 28 nəfərdən ibarət 83 iş nümayiş olunub.
Balacalar arasında xüsusilə, Tamerlan Mirzəlinin rəsmləri diqqət mərkəzində olub. Onun müəllimi Ramilə Şərifova deyib ki, ilk dəfə Tamerlan nənəsi ilə yaxınlaşanda işlərini görüb təəccüblənib və onu sərgidə iştiraka dəvət edib:
"Tamerlan gözləntilərimi artıqlaması ilə doğrultdu. Düşünürəm ki, bu fitri istedad dediyimiz nəsnədir. 5 ildə mən ilk dəfədir bu yaşda belə istedad görürəm. Onun əlinin qısa zamanda sürətlə açılması və rəng qarışımını çox gözəl hiss edərək vurması məni heyrətləndirir. Onun inkişafında kömək olacağıma inanıram və ümid edirəm ki, Tamerlan qısa zaman ərzində öz adını rəssam kimi kütlələrə bəyan edəcək”.