Xəbər lenti

“Uşaqlar qırmızı lentli bombacıqları oyuncaq zənn edə bilərlər” - ANAMA-dan xəbərdarlıq
Ölkə07:52 10.10.2020

“Uşaqlar qırmızı lentli bombacıqları oyuncaq zənn edə bilərlər” - ANAMA-dan xəbərdarlıq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hərbi sursatların zərərsizləşdirilməsi zamanı görürük ki, tapıntıların əksəriyyəti yaşayış məntəqələrindədir.
Qaynarinfo xəbər verir ki, bunu Bərdədə keçirilən brifinqdə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin Əməliyyatlar üzrə meneceri Elnur Qasımov bildirib.
Onun sözlərinə görə, zərərsizləşdirmə prosesi zamanı aşkarlanan tapıntıların əksəriyyəti mülki ərazilər, yaşayış məntəqələri, otlaq ərazilərdədir:
"Düşmənin məqsədi yaşayış məntəqəsində infrastruktura ziyan vurmaqdır. Burdan əhaliyə səslənirik. Ətrafda tanımadıqları əşyalar, obyektlər gördüklərində qətiyyən əl vurmamağa, aidiyyəti üzrə məlumat verməyə çağırırıq”.
E.Qasımov onu da əlavə edib ki, bizdə olan məlumata görə, düşmən tərəfindən Azərbaycanın Bərdə və Goranboy ərazisinə kaset sursatları atılıb:
"Bizim qruplar dərhal əraziyə gedərək təmizlənmə işlərini həyata keçiriblər. Gördüyünüz kaset bombacıqların üzərindəki qırmızı lent xüsusilə azyaşlı uşaqların diqqətini çəkir. Oyuncağı xatırladan bu bombacıqlar uşaqları cəlb edir və biz maksimum tez bir zamanda ərazini təmizləməyə və bu əraziləri işarələməyə çalışırıq. Əhalinin oraya daxil olmasının qarşısı alınır”.