Xəbər lenti

Uşaqlar təhsildən yayınır: Çıxış yolu nədir?
Ölkə08:52 22.06.2023

Uşaqlar təhsildən yayınır: Çıxış yolu nədir?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Azərbaycan məktəb yaşına çatan uşaqların məktəbdən yayınma nisbətinə görə o qədər də uğursuz yerlərdə qərarlaşmayıb”. 
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Elmin Nuri sentyabrda imkansızlıqdan məktəbdən kənarda qalan uşaqlardan danışarkən deyib. 
Onun sözlərinə görə, Azərbaycan da daxil olmaqla 6 yaşlı uşaqların say nisbəti elə məktəbə gedən uşaqların say nisbətindən o qədər də fərqlənmir.
"Digər ölkələrdə, Asiya, Afrika, bir sözlə, iqtisadi cəhətdən geridə olan ölkələrdə bu say nisbəti həddindən artıq çoxdur. Bizdə say nisbəti əsasən birinci sinifə gedən uşaqların say nisbəti ilə 11-ci sinif həmin qrup uşaqlarının say nisbəti arasında olan fərqlərdir. Məsələn, 2008-ci ildə orta məktəbin 1-ci sinifinə 110 min uşaq gedibsə, 2019-cu ildə 85 min şagird orta məktəbi bitirib. Bəs, 25 minə yaxın şagird necə oldu? Cavab olaraq onların əksəriyyətinin 9-cu sinifdən çıxdığını və kolleclərə getdiyini deyirlər. Amma etiraf edək ki, bizdə kolleclərə, peşə məktəblərinə maraq o qədər də çox deyil. Təhsilini yarımçıq qoyan şagirdlər üstünlük təşkil edir”, deyə ekspert bildirib. 
"Sentyabrın 15-də 1-ci sinifə getməli olan və lakin imkansızlıq ucbatından məktəbə gedə bilməyən uşaqlar üçün hansı addımlar atılmalıdır” sualına cavab olaraq Elmin Nuri bildirib ki, müəyyən səbəblərdən istər sənəd, istər sosial şəraitə görə məktəbdən yayınma halları olur:
"Düzdür, qanunvericilikdə Azərbaycanda ən azı ibtidai təhsili məcbiri təhsil sayılır. Qanunvericiliyin  tələbinə görə dərsdən yayınma halları baş verdikdə fiziki şəxslər 200 manat, hüquqi şəxslər 5 min manat cərimələnirdilər. Dərsdən yayınma rəqəmi böyük  olmasa da yenə uşaqlar üçün xüsusu addımların atılması labüddür”. 
Təhsil eksperti imkansızlıq ucbatından məktəbdən yayınan uşaqlarla bağlı təkliflər səsləndirib:
"Belə uşaqlar üçün ayrıca internat məktəblər yaradılsın. Həmin məktəblərdə onların gündə 3 dəfə qidalanmasına, digər məktəb ləvazimatları, məktəbli formaları ilə təminatı həyata keçirilsin. Bu tip məktəblərdə dövlətin hesabına olması yaxşı olardı. İkincisi, bizdə internat tipli təhsil müəssisələri mövcuddur. Həmin məktəblərə nəzarətin gücləndirilməsi yaxşı olardı. Bu addım internat tipli müəssisələrə inamı, marağı daha da artıra bilərdi. Üçüncüsü, xüsusi təhsil fondları yaradılmalıdır. Bu fondlar onların gələcək təhsil həyatında müəyyəm maddi və mənəvi dəstək deməkdir. Çünki bu tipli şagirdlər rayonlarda da var”. 
Bahar Rüstəmli