Xəbər lenti

Uşaqların qələmindən tanrıya yazılan maraqlı məktublar
Ölkə18:42 03.09.2016

Uşaqların qələmindən tanrıya yazılan maraqlı məktublar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avropa və Amerikada 2-9 yaş arasında olan uşaqlardan Tanrıyla bağlı düşüncələrini soruşublar. Dini təhsilin bir hissəsi olaraq uşaqlardan Tanrıya kiçik bir məktub yazmalarını və öz hisslərini həmin məktubda bildirmələrini istəyiblər. Qaynarinfo.Az pahoo.az-a istinadən həmin uşaqların beyinlərindəki tanrı anlayışlarına uyğun yazdıqlarını məktubları təqdim edir:  
Əziz Tanrı, hal-hazırda olan əksiklərimi yazıram: yeni velosiped, bir kimya kitabı, it, fotokamera, beyzbol əlcəyi. Hamısını göndərə bilməsən, yarısını da göndərə bilərsən. Səni sevən Eric. (5 yaş) Qeyd: Şaxta Babanın olmadığını bilirəm.
***
Əziz Tanrım, astronavtların o cür yüksəkliklərdə fırlanaraq dövrə vurmalarından çox qorxuram. Xahiş edirəm, elə et ki, onlar bizim evin damına düşməsinlər. Dostun Norman.(4.5 yaş)
***
Əziz Tanrım, insanların ölmələrinə icazə verib, yenilərini düzəltmək əvəzinə niyə əlində olanları saxlaya bilmirsən? Jane (6 yaş)
***
Əziz Tanrı, mənim atam çox tərs adamdır. Onun bu xasiyyətini düzəltməyini istəyirəm. Hər-halda bunu da yadından çıxarmazsan. Bruce. (4 yaş)
***
Sevimli Tanrım, buludlardan biri üzünü elə qorxulu etdi ki, ürəyim yerindən çıxdı. Xahiş edirəm ona de ki, bir də belə hərəkət etməsin. Ellen (3 yaş) 
***
Əziz Tanrı, sən həqiqətən də mövcudsanmı? Bəzi insanlar sənin varlığına inanmır. Əgər sən doğrudanda mövcudsansa, çox da gecikmədən bəzi şeylər etməyin yaxşı olardı. Hariett Ann (6 yaş)
***
Əziz Tanrı, əgər bunu heç kim bilməyəcəksə, yaxşı insan olmağın nə faydası var? Mark (8 yaş)
***
Əziz Tanrı, məndə səndən başqa bütün digər liderlərin hamısının fotosu var. Norman. (6 yaş)
***
Tanrım, kök olduğum üçün heç kim mənlə dost olmaq istəmir. Billy Jean (9 yaş)
***
Bəs sən necə bildin ki, sən Tanrısan? Charlene (3 yaş)
***
Sevimli Tanrı, zürafələrin görünüşünü istəyərək belə etmisən, ya səhvən alınıb? Norman (4 yaş)
Qaynarinfo.Az