Uşaqların sosial şəbəkələrə girişinə məhdudiyyətlər nə vaxtdan olacaq? (VİDEO)
Sosial şəbəkələrə girişdə yaş məhdudiyyəti olacaq. Prezident İlham Əliyev ötən gün bununla bağlı Sərəncam imzalayıb. Məqsəd Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunmasıdır.
Milli Məclisin Elm və Təhsil komitəsinin üzvü Ceyhun Məmmədov deyir ki, hazırda Sosial medianın uşaqların psixoloji vəziyyətinə təsiri bütün dünyada olduğu kimi, Azərbaycanda da geniş müzakirə mövzusudur. Bir çox ölkələrdə uşaqların sosial şəbəkələrə girişində məhdudiyyətlər, bu istiqamətdə qanunvericilik bazasının yaradılması tətbiq olunur.
Bildirildi ki, ümumtəhsil müəssisələrində mobil və elektron cihazlardan istiadə qaydaları da müəyyən ediləcək.
Millət vəkili bildirdi ki, bu məsələlərdə qanunlarla yanaşı, valideynlərin də üzərinə məsuliyyət düşür. Məsələn, artıq sosial şəbəkələrə uşaqların girişinə qadağa qoyulursa, valideynin öz telefonu üzərindən uşağın sosial şəbəkəyə girişinə icazə verməsi sonrakı dövrlərdə ciddi psixoloji fəsadlar yarada bilər. Qadağaların necə tətbiq ediləcəyi və ona nəzarət isə layihə hazır olduqdan sonra tam bilinəcək.//Xəzər TV
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər