Xəbər lenti

Useyn Bolt futbol klubunda məşq edəcək? - Rəsmi açıqlama
İdman11:37 14.11.2016

Useyn Bolt futbol klubunda məşq edəcək? - Rəsmi açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Məşhur yamaykalı atlet Useyn Bolt Almaniyanın "Borussiya" (Dortmund) futbol klubunda məşq edəcək.

Qaynarinfo.Az xəbər verir ki, bu haqda "Borussiya"nın baş direktoru Hans-Yoaxim Vatske deyib:

"Bu, zarafat və ya marketinq gedişi deyil. Qərar çoxdan verilib. Bizim Direktorlar Şuramıza daxil olan "Puma" şirkətinin SEO-su Byörn Qulden bir neçə həftə Boltun həddindən çox bizimlə məşq etmək istədiyini demişdi. Dərhal bunun heç bir problem olmadığını bildirdim. Baş məşqçimiz Tomas Tuxel də buna razılıq verdi. Biz bu şərəfə nail olmaqdan məmnunuq. Useyn Boltun futbolçu kimi meydana çıxa biləcəyinə dair danışmağı isə lazım bilmirəm", – deyə Hans-Yoaxim Vatske bildirib.

Qeyd edək ki, yayılan məlumata görə, 30 yaşlı 9 qat olimpiya çempionu futbolçu karyerasına başlamaq istəyir.

Qaynarinfo.Az