Karyerasında səkkiz olimpiya titulu olan yamaykalı atlet Useyn Bolta məxsus bir bank hesabından milyonlarla dolların yoxa çıxması haqda məlumat yayılıb.
Qaynarinfo-nun məlumatına görə məşhur atlet böyük maliyyə itkisinə məruz qalıb. "The Guardian” qəzetində yer alan xəbərə görə, Boltun investisiya şirkəti "Stocks and Securities Limited"in (SSL) hesablarında uyğunsuzluqlar olduğu üçün araşdırmalara başlanılıb.
Boltun meneceri Nugent Uolker bildirib ki, Yamayka Maliyyə Təhqiqat Bölməsi və Maliyyə Xidmətləri Komissiyası sözügedən investisiya firmasını araşdırır. Ancaq istintaq davam etdiyi üçün ətraflı açıqlama verilmir.
Useyn Bolt təkcə 2016-cı ildə sponsorluq, pul mükafatı və iştirak haqlarından 33 milyon dollar qazanıb. 2017-ci ildə karyerasını bitirən dünya şöhrətli idmançının yüksək məbləğlərdə xeyli sayda sponsorluq müqavilələri var.
Səbuhi Həsənov
Şərhlər