Xəbər lenti

Usta ekskavatoru təmir edərkən iş yoldaşını əzdi
Ölkə10:45 22.06.2013

Usta ekskavatoru təmir edərkən iş yoldaşını əzdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Nəticədə şirkət işçisi ölüb

Naxçıvan Muxtar Respublikasında bir nəfər bədbəxt hadisə nəticəsində ölüb. Anspress-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, iyunun 20-də Şahbuz rayonunun Kolanı kəndi ərazisində “Gəmiqaya Yol-Su Enerji” Məhdud Məsuliyyətli Cəmiyyətinin işçisi Əli Məcnunov ekskavatoru təmir edərkən ehtiyatsızlıq nəticəsində iş yoldaşı Natiq Taroyevə ekskavatorun kovşu ilə xəsarət yetirib. Nəticədə, xəsarətlə xəstəxanaya yerləşdirilən N.Taroyev iyunun 21-də orada ölüb.