Xəbər lenti

Ustanın başına avtomobil düşdü - Bakıda
Ölkə11:30 10.06.2016

Ustanın başına avtomobil düşdü - Bakıda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda avtotəmir sexində işləyən şəxsin üzərinə avtomobil düşüb.

Report-un xəbərinə görə, hadisə Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi "V" y/s, ev 26 ünvanın qarşısında yerləşən avtotəmir sexində qeydə alınıb.

Orada usta işləyən Seymur Qurbanovun baş nahiyəsinə avtomobil düşüb.

S.Qurbanov kəllə-beyin travmasi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib, vəziyyəti ağırdır.

Qaynarinfo.az