Xəbər lenti

Çuxuryurd sakinləri Nigar Abbaszadənin vəfatından danışdı
Ölkə 12:42 18.07.2020

Çuxuryurd sakinləri Nigar Abbaszadənin vəfatından danışdı

"Nigar Abbaszadənin dəfninin harada olması ilə bağlı məlumat yoxdur".

Bunu Qaynarinfo-ya Şamaxının Çuxuryurd kənd sakinləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin qızının vaxtsız ölümündən danışarkən deyib. Kənd sakinləri deyir, hadisə səhər saatlarında baş verib:

"Nigar Abbaszadə bu gün səhər saatlarında dünyasını dəyişib. Həkimlərin verdiyi rəyə görə, Nigar Abbaszadə ürək tutmasından rəhmətə gedib. Ailəlidir, iki uşağı var. Burada evləri var. Hələ dəfn olunmayıb. Onun dəfninin harada olması barədə kənddə hər hansı məlumat yoxdur".

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin qızı olan Nigar Abbaszadə 44 yaşında vəfat edib. Nigar Abbaszadə Azərbaycan Dövlət Pedoqoji Universitetinin Beynəlxalq Əlaqələr üzrə prorektoru idi.

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->