Xəbər lenti

Uzun illərdən sonra Şuşada ilk dəfə Azərbaycan radiosu səsləndi (VİDEO)
Ölkə13:56 12.11.2020

Uzun illərdən sonra Şuşada ilk dəfə Azərbaycan radiosu səsləndi (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"ASAN Radio” işğaldan azad olunan Şuşada səslənən ilk Azərbaycan radiosu olub.
Bu barədə "ASAN Xidmət” məlumat yayıb.
Şuşa şəhəri 28 il sonra 8 noyabr 2020-ci il tarixində işğaldan azad olunub.
Operativ məlumat dalğası - "ASAN Radio” Azərbaycanda 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. Radionu asanradio.az saytından və mobil tətbiqlərdən dinləmək olar. 
"ASAN Radio” Prezident İlham Əliyevin tapşırığı ilə 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılıb.  
Elə həmin ilin dekabrın 24-də yayıma başlayıb. Bu il "ASAN Radio”nun fəaliyyətinin beş ili tamam olur.
<iframe src="https://player.baku.tv/embed/27995" width="560" height="315" frameborder="0" allow="autoplay; encrypted-media" allowfullscreen="">