Xəbər lenti

V ixtisas qrupu üzrə ərizə qəbulu başladı
Ölkə05:58 03.05.2016

V ixtisas qrupu üzrə ərizə qəbulu başladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gündən 2016-2017-ci tədris ili üçün V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin ərizə qəbulu başlayır.
V ixtisas qrupuna ərizə qəbulu 3-17 may tarixlərində aparılacaq. Azərbaycanın tam orta təhsil müəssisələrini cari ildə bitirib V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və ya tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər müvafiq qəbul imtahanı vermirlər, müsabiqədə buraxılış imta­hanındakı nəticələri əsasında iştirak edirlər. Bu abituriyentlərdən ərizə qəbulu mayın 3-dən 17-dək aparılacaq.
I-IV ixtisas qruplarından hər hansı biri üzrə ərizə verib, həm də V ixtisas qrupunun və ya tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak etmək istəyən abituriyentlər mayın 3-dən mayın 17-dək ikinci ödəmə kartı almadan elektron ərizə təqdim etməlidirlər. Yalnız V ixtisas qrupunun və ya tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər ödəmə kartı əldə edib mayın 5-dən mayın 17-dək ərizə təqdim etməlidirlər.
Abituriyentin elektron ərizəsi yalnız təsdiq ediləndən sonra hüquqi əsasa malik olur. Ərizəsi təsdiqlənməyən abituriyentlər qəbul imtahanlarına buraxılmır.
Qeyd edək ki, ali təhsil müəssisələrinin I-IV ixtisas qrupları üzrə abituriyentlərin ərizələrinin qəbulu aprelin 1-dən aprelin 29-dək aparılıb. Bu qruplar üzrə ali məktəbə qəbul olmaq üçün 83 minə yaxın abituriyent sənəd verib.
Qaynarinfo.az