
“Matritsa” filminin rejissorlarından biri Endi Vaçovski cinsini dəyişdirib.
AzVision.az BBC-yə istinadən xəbər verir ki, o, transgender olduğunu və Lili adını götürdüyünü bildirib.
“Cinsi dəyişdirmə şoku – Vaçovski qardaşları, Vaçovski bacıları oldu!”, – Lili Vaçovski bəyan edib.
Qeyd edək ki, dörd il əvvəl Endinin Larri adlı qardaşı da cinsini dəyişərək özünə Lana adını götürmüşdü.
Vaçovski “Matritsa”dan başqa “Buludlu adlası”, “Yupiterin doğuşu” filimləri və “Səkkizinci hiss” serialı üzərində işləyib.
Qaynar.info