Xəbər lenti

Vahid məktəbli forması üçün təyin olunan qiymətlər necədir? - Ekspert
Ölkə09:59 27.07.2022

Vahid məktəbli forması üçün təyin olunan qiymətlər necədir? - Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Vahid məktəbli forması üçün hazırda təyin olunan qiymətlər uyğundur”.
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Elçin Əfəndi 2022/2023-cü il tədris ilinin sonunda Azərbaycanda tətbiq ediləcək yeni məktəbli formalarının qiymətindən danışarkən deyib. Onun sözlərinə görə, nəzərdə tutulan vahid məktəbli forması ən azı iki-üç il geyiniləcək:
"Vahid məktəbli formasının qiymətlərini ötən illə müqayisə etsək, görəcəyik, qiymətlər normaldır. Düşünürəm ki, tədris ili başlayana kimi kimlərsə bu qiymətləri dəyişməyə cəhd etməz. Yəni, qiymətləri artırmazlar”.
Qeyd edək ki, 2022/2023-cü il tədris ilinin sonunda Azərbaycanda yeni məktəbli formaları tətbiq olunacaq. Bakı Tekstil Fabrikinin təsisçisi Səkinə Babayeva mətbuata yeni məktəbli formalarının ilkin qiymətlərini açıqlayıb:
"İkili məktəbli formalarının qiyməti 30 AZN-ə yaxın olacaq. Üçlü və dördlü dəst olacaqsa, qiymət 55-65 manat arasında dəyişəcək”.
Bahar Rüstəmli