Xəbər lenti

Vahid Mustafayev Mirşahinin xəstəxanadakı görüntülərini yaydı - VİDEO
Ölkə11:58 22.11.2016

Vahid Mustafayev Mirşahinin xəstəxanadakı görüntülərini yaydı - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev müavini Mirşahin Ağayevin səhhətində yaranmış problemin mətbuatda işıqlandırılmasından narazı qalıb.

Qaynarinfo.Az xəbər verir ki, Vahid Mustafayev bu barədə "facebook" sosial şəbəkəsindəki profilindən yazıb:

"Bu gün Azərbaycan mediasında gecikmiş bir xəbərə rast gəldim. Qardaşım və silahdaşım Mir Şahinin ölkəni tərk etməsi nəyə görəsə 5 gündən sonra gündəmə gətirilir. Mətbuatın ona göstərdiyi diqqətə görə təşəkkürümü bildirirəm. Amma eyni zamanda Mir Şahinin ətrafında bu qədər ajiotaj yaranmasına da təəccüblənirəm. ANS bağlananda belə hay-küy olmamışdi. Nə olub ki? Nə fövqəladə hadisə baş verib ki? Müayinə və əməliyyat səbəbiylə Turkiyəyə, qardaş ölkəyə gedib, heç bir təhlükə-filan yoxdur, əməliyyatı uğurlu olub, bərpa prosesindədir. Bütün söz-söhbətlərə son qoymaq üçün mənə yolladığı şəxsi video ismarışı paylaşıram".

Xatırladaq ki, Mirşahin Ağayev Türkiyədə əməliyyat olunub. Əməliyyatın uğurlu keçdiyi bildirilir. Amma onun nə zaman ölkəyə dönüb-dönməməsi hələ məlum deyil.

Aydın Mirzə

Qaynarinfo.Az