Xəbər lenti

Vahid və Mirşahin ANS-in binasına buraxılmır - FOTOLAR
Ölkə08:12 19.07.2016

Vahid və Mirşahin ANS-in binasına buraxılmır - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“ANS” Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev və “ANS” Müstəqil Yayım və Media Şirkətinin baş direktoru Mirşahin Ağayevin izahatları alındıqdan sonra sərbəst buraxılıblar.

"Qaynarinfo.Az" xəbər verir ki, bu barədə ölkə.az saytına məlumat daxil olub. Məlumatda qeyd edilir ki, hər iki şəxs Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində izahat verdikdən sonra sərbəst buraxılıblar. Onlar hal hazırda telekanalın həyətində olsalar da telekanalın binasına daxil ola bilmirlər.

Xatırladaq ki, ötən gün axşam saatlarında Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və hüquq-mühafizə orqanlarının əməkdaşlarının iştirakı ilə televiziyanın server və texniki otaqları möhürlənib...

Məsələ ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-nın sorğusuna cavabında bildirib ki, qeyd edilənlərlə bağlı ictimaiyyətə məlumat veriləcək.

Qaynarinfo.Az