Xəbər lenti

Vaksin olunanlardan neçə faizi koronavirusa yoluxub?
Ölkə15:14 21.08.2021

Vaksin olunanlardan neçə faizi koronavirusa yoluxub?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda vaksin olunanlar arasında 0,6 faiz yoluxma halı müşahidə olunub.
Qaynarinfo xəbər verir ki, bu barədə məlumatı TƏBİB-in idarə Heyətinin sədri Ramin Bayramlı özünün tvitter hesabında paylaşıb.
"Sağlamlığımızı qorumaqda, peyvənd olunmaqda qərarlı olduğumuz müddətcə ürəkaçıcı nəticələrə birlikdə şahid olacağıq", - deyə R.Bayramlı paylaşımında qeyd edib.
Qeyd edək ki, hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 6 milyon 110 min 185, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 milyon 667 min 494, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 milyon 442 min 691 təşkil edir.