Xəbər lenti

Valideyn Birliyi təsis edildi
Ölkə11:28 25.11.2013

Valideyn Birliyi təsis edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Məqsəd məişət zorakılığına məruz qalan uşaqların müdafiəsini təşkil etməkdir

Əmək və Əhalinin  Sosial  Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi ilə  “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin  Sumqayıt şəhəri “Məişət zorakılığına məruz qalmış uşaqların reabilitasiyası”  Mərkəzi  “Uşaqların Müdafiə Şurası” nın (UMŞ) ilə birgə fəaliyyət üçün Valideyn Birliyi yaradılması məqsədilə təsis iclası keçirib.

Qaynar.info xəbər verir ki, tədbirdə“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyininin, məişət zorakılığına məruz qalmış uşaqların valideyinləri və SOS uşaq kəndlərinin əməkdaşları iştirak edib. Tədbir zamanı  görülmüş işlərin hesabatı və məişət zorakılığına məruz qalmış uşaqların problemlərə dair müzakirələr aparılıb. Valideynlər belə qurumun yaradılmasını alqışlayıb. Gələcəkdə valideynlərlə bağlı səhiyyə, sosial, psixoloji və digər layihələrin həyata keçrilməsi kimi məsələlər də müzakirə edilib.

Toplantı zamanı  valideyn birliyin məqsəd və vəzifələri, görüşlərin təşkili , əsanaməsinin müzakirəsi və təsis edilməsi,“ Valideyn Birliyi”nə 1 il müddətinə sədrin seçilməsi, “Valideyn Birliyin”nın aylıq görüşlərin təşkilin istiqamətində müzakirəsi aparılıb. 

Sonda Valideynlər Birliyinin sədri postuna səs çoxluğu ilə Sona Quliyeva seçilib.

Qaynar.info