Gəncədə ailədaxili mübahisə qanla bitib.
"Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Şahsevərlər küçəsində qeydə alınıb.
2012-ci il təvəllüdlü Aysu İsrafilli bud nahiyyəsinin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Azyaşlıya dərhal yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə, İlham İsrafilov həyat yoldaşı Könül İsrafilovla mübahisə edib.
Bu zaman hadisənin qarşısını almaq istəyən, cütlüyün 12 yaşlı qızı xəsarət alıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Şərhlər