"Sosial şəbəkələrdə belə bir məlumat yayılıb ki, valideynləri vaksin olunmayan şagirdlər məktəbə buraxılmayacaq. Valideyınlərə qanunvericliklə hər hansı bir məhdudiyyətin qoyulması yolverilməzdir. Çünki vaksinasiya könüllüdür”.
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil ekspert Kamran Əsədov deyib. Ekspert bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən yalnız yaşı 18-dən yuxarı şəxslərin istər ali, istərə də orta ixtisas məktəblərdə iştirakına məhdudiyyətlər qoyulub:
"Bu eyni zamanda işləyən şəxslərə də aiddir. Qapalı məkanlarda, təhsil müəssisələrində, özəl kurslarda çalışanların yaşları 18-dən yuxarıdırsa, işləyirlərsə, insanlarla təmasdadırlarsa, onlar mütləq vaksin vurdurmalıdır. Amma valideynlərlə bağlı belə bir tələb yoxdur. Hazırda 4447 orta məktəbində 6 milyon şagird təhsil alır. Bunların heç birinin valideynlərinə belə bir tələb qoyulmayıb. Belə bir məhdudiyyət qoymaq olmaz. Çünki bu insanların təhsil hüququnu məhdudlaşdırır”.
Bahar Rüstəmli