Xəbər lenti

"Valideynlərlə yanaşı, Elm və Təhsil Nazirliyi də günahkardır" - Ekspert
Ölkə12:22 16.05.2023

"Valideynlərlə yanaşı, Elm və Təhsil Nazirliyi də günahkardır" - Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bu məsələdə valideynlərlə yanaşı, Elm və Təhsil Nazirliyi də günahkardır".
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Elçin Əfəndiyev 13 yaşlı məktəblinin 37 yaşında kişiyə nişanlanmasına münasibət bildirərkən deyib. 
Ekspert hesab edir ki, Elm və Təhsil Nazirliyi də müəyyən boşluqlara yer verir: "Maarifləndirmə işi məktəblərdə düzgün qurulmalıdır. 9 və ya 11-ci sinifi bitirən və 2 alan şagirdlərə attestat verilməməlidir, oxumağa təhrik etməlidir".
Elçin Əfəndiyevin fikirincə, qanunvericiliyin tələbinə uyğun olaraq yetlinlik yaşına çatmayanlara qarşı tətbiq etdikləri basqı üzərindən addım atılmalıdır: "Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsi valideynlərlə danışmalıdır. Müvafiq olaraq vaıideynlərlə profilaktik söhbət aparılmalıdır”.
Bahar Rüstəmli