Xəbər lenti

Vaqif Aydınoğlu Tanrıverdi Mustafayevin yerinə təyin olunub? (AÇIQLAMA)
Ölkə12:55 26.04.2020

Vaqif Aydınoğlu Tanrıverdi Mustafayevin yerinə təyin olunub? (AÇIQLAMA)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ATV telekanalındakı vəzifəsindən ayrılan jurnalist Vaqif Aydınoğlunun "Azərişıq” ASC-nin mətbuat xidmətinə rəhbər təyin olunması ilə bağlı məlumatlar yayılıb.
Modern.az məsələ ilə bağlı "Azərişıq” ASC-nin mətbuat katibi Tanrıverdi Mustafayevlə əlaqə saxlayıb. T.Mustafayev məlumatın doğru olmadığını və hazırda işinin başında olduğunu bildirib.
Modern.az-ın əldə etdiyi məlumata görə, jurnalist Vaqif Aydınoğlu "Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevə müavin təyin edilib. Amma hələlik onun təyinatı ilə bağlı əmr verilməyib. Həmçinin yaxın günlərdə "Azərişıq” ASC-dəsturktur  islahatları aparılacağı, qurumda İctimaiyyətlə əlaqələr şöbəsi yaradılacağı  bildirilir.
T.Mustafayevin İctimaiyyətlə əlaqələr şöbəsinənin rəhbəri, V.Aydınoğlunun isə mətbuat katibi təyin olunacağı qeyd edilir.