Xəbər lenti

Vaqif Bayatlı Bakıya qayıdıb - Vəziyyəti normaldı
Ölkə07:34 12.08.2016

Vaqif Bayatlı Bakıya qayıdıb - Vəziyyəti normaldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyədəbeyin əməliyyatı keçirmiş tanınmış şair Vaqif Bayatlı Bakıya qayıdıb. 

Qaynarinfo.Az-axəbəri onunla birgə Türkiyəyə getmiş professor Adil Qeybulla verib. 

AdilQeybulla deyib ki, hazırda Vaqif Bayatlının vəziyyəti normaldır: "Onun beynindətəxminən 3 santimetr diametrində arteliyal –venoz molfarmasion var idi. Təzyiqioynadığına görə qanama verirdi. Qanama da insult deməkdir və həyatı təhlükəaltına qoyur. Vaqif müəllimdə bu, artıq bir neçə dəfə baş verib.

Yanaşıolaraq, müayinə zamanı ürəyində də bir problem çıxdı. Yəni ürəyin əsas damarlarından-taclamalardanbirinin, ana xəttin daralması müşahidə edildi. Bu isə istənilən vaxt ürək kriziyarada bilər. O baxımdan ürəyinə də müdaxilə eləmək zərurəti yaranırdı.

Uzunmüddətli konsilium keçirdik. Ən optimal variantı seçdik. Beyində olan törəməni  amma bıçaq, qamma şüaları ilə müdaxilə eləmədən hədəfəaldılar. Bu, müalicə iki il müddətinə öz təsirini göstərəcək, törəmə tədricənbüzüşüb, sorulub gedəcək. Bu situasiyada proses normal getməlidir. Bir müddət nəzarətaltında olacaq”.

AdilQeybulla deyib ki, Vaqif Bayatlı artıq evindədir, vəziyyəti normaldır. 

Qızılgül

Qaynarinfo.Az