Xəbər lenti

Vaqif Bayatlının səhhətində problemlər davam edir
Ölkə07:52 22.08.2016

Vaqif Bayatlının səhhətində problemlər davam edir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bir müddət öncə Türkiyədə beyin əməliyyatı keçirmiş tanınmış şair Vaqif Bayatlının səhhəti hələ qaydasına düşməyib. 

Qaynarinfo.Az şairin həyat yoldaşı Tamam Bayatlıya istinadən xəbər verir ki, onun ürəyində ciddi problemlər qalmaqdadır: "Əməliyyatdan sonra yavaş-yavaş özünə gəlir. 6 aydan sonra yenidən Türkiyəyə getməlidir. Yoxlayacaqlar, görsünlər ürəyindəki problemləri aradan qaldırmaq üçün nə etmək olar".

Qeyd edək ki, Vaqif Bayatlı avqustun 10-da Türkiyənin Memorial Xəstəxanasında beyin əməliyyatı keçirib. Onu Türkiyədə müşaət etmiş tanınmış həkim Adil Qeybulla bildirib ki, müayinə zamanı şairin ürəyində də ciddi problemlər olduğu aşkarlanıb.

Qızılgül

Qaynarinfo.Az