Xəbər lenti

Vaqif Cavadov bu komandadan da göndərildi
İdman13:15 27.12.2016

Vaqif Cavadov bu komandadan da göndərildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Sumqayıt" Futbol Klubu millimizin sabiq üzvü Vaqif Cavadovla yollarını ayırıb.

Qaynarinfo.Az xəbər verir ki, ötən mövsümün qışından "Sumqayıt"da çıxış edən yarımmüdafiəçi Vaqif Cavadovla müqavilə qarşılıqlı razılıq əsasında ləğv edilib.

Qeyd edək ki, adıçəkilən futbolçu cari mövsümdə bu komandanın heyətində 13 oyunda ümumilikdə 916 dəqiqə meydanda olub və 3 qol vurub. "Sumqayıt"ın baş məşqçisi Samir Abasov son vaxtlar Vaqif Cavadovdan narazılığını bildirirdi.

Onu da bildirək ki, Vaqif Cavadov 2010-cu ildə "Qarabağ"dan ayrıldıqdan sonra 10 klub dəyişib və heç birində 1 mövsümdən artıq çıxış etməyib. 

Qaynarinfo.Az