“Nə qədər ki, sürücü, piyada var, yol nəqliyyat hadisələri qaçılmazdır. Biz çalışmalıyıq ki, baş verən qəzaları minimuma endirək”.
Bu sözləri Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov AzNews.az-a açıqlamasında bildirib.
“Baş verən qəzaların qarşısını almaq üçün təkcə yol polisi yox, bütün şəxslər bir olmalıdır. Ötən ilə nisbətən, bu il baş verən qəza və insan ölümündə azalma müşahidə olunub. Amma mən hesab edirəm ki, narahatlığa əsas var. Hadisələrin səbəbini araşdıraraq baş verən qəzaların sayının minimuma endirilməsi üçün birgə fəaliyyət göstərməliyik”, - deyə Vaqif Əsədov əlavə edib.
Qeyd edək ki, bu ilin 10 ayı ərzində respublika ərazisində 2212 yol qəzası baş verib. Nəticədə 951 nəfər ölüb, 2227 nəfər yaralanıb.