Xəbər lenti

Vaqif Əsədovdan Bakıda “şou” göstərən “Niva” sürücüsü ilə bağlı açıqlama (VİDEO)
Ölkə08:54 05.02.2020

Vaqif Əsədovdan Bakıda “şou” göstərən “Niva” sürücüsü ilə bağlı açıqlama (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yanvar ayının 29-u səhər saatlarında Bakı şəhəri, Nizami rayonu ərazisində şütüyən "Niva” markalı avtomobilin sürücüsü "avtoş”luq edib. 
Qaynarinfo xəbər verir ki, bu barədə hadisə şahidi olan sürücülər BAKU.WS-in "qaynar xətt"inə məlumat veriblər.
Bildirilir ki, Mikayıl Əliyev küçəsində "Niva” markalı, 99 TM 311 dövlət nömrə nişanlı avtomobil yolun əks istiqamətinə çıxıb.
O, yüksək sürətlə hərəkət edərək digər yol hərəkəti iştirakçıları üçün təhlükəli vəziyyət yaradıb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov "avtosfer.az”a bildirib ki, artıq həmin sürücü yol polisi tərəfindən aşkarlanıb və onun barəsində hüquq çərçivəsində tədbir görülüb.
"Həyata keçirilən tədbirlər nəticəsində sürücü aşkarlandı. Ona İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinin tələblərinə uyğun olaraq 100 manat və 4 cərimə balı tətbiq olundu".
Həmin anları təqdim edirik.
<iframe src="http://baku.ws/video2/v.php?v=1363681" width="640" height="360">