Xəbər lenti

Vaqif Əsədovun qızı niyə vəfat edib? - Əvvəl oğlu, sonra özü...
Ölkə10:12 15.09.2023

Vaqif Əsədovun qızı niyə vəfat edib? - Əvvəl oğlu, sonra özü...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Xuraman övladının itkisinə dözə bilmədi".
Bunu Qaynarinfo-ya açıqlamasında Gənc Tamaşaçılar Teatrının aktyoru İlham Əsədov Xalq artisti, mərhum teatr rejissoru Vaqif Əsədovun qızının vaxtsız ölümündən danışarkən deyib. 
O bildirib ki, Xuraman Əsədova tələbə öladını itirəndən sonra xərçəng xəstəliyinə tutulub:
"Onun oğlu tələbə idi, Uktaynada təhsil alırdı. Pandemiya vaxtı qəfil ürəyi tutub, elə oradaca dünyasını dəyişib. Ana bu xəbəri qaldıra bilmədi, xəstəliyə tutuldu".
Qeyd edək ki, Xalq artisti Vaqif Əsədovun qızı Xuraman Əsədova dünyasını dəyişib. Vaqif Əsədov özü ötən il vəfat edib.
Bahar Rüstəmli