Xəbər lenti

Vaqif Mustafayevə fəxri diplom verildi - VİDEO
Ölkə19:45 29.11.2013

Vaqif Mustafayevə fəxri diplom verildi - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Diplomu xalq artisti Vaqif Mustafayevə mədəniyyət və turizm naziri Əbülfəz Qarayev təqdim edib


Bu gün rejissor Vaqif Mustafayevə prezident İlham Əliyevin layiq gördüyü fəxri diplomun təqdimatı olub. Azərbaycanda silsilə filmlərin yaradılmasında xidmətlərinə görə verilən diplomu xalq artisti Vaqif Mustafayevə mədəniyyət və turizm naziri Əbülfəz Qarayev təqdim edib.

Azərbaycanın müasir kino tarixində yer tutan filmlərinin bir çoxu məhz Vaqif Mustafayev yaradıcılığının bəhrəsidir. Maraqlı həyat hekayələrini bədiiləşdirən rejissor tamaşaçıları ekran qarşısına cəlb etməyi bacarıb.

Yaradıcılığın böyük zəhmət və fədakarlıq tələb etdyini deyən mədəniyyət və turizm naziri Əbülfəz Qarayev Vaqif Mustafayevin filmlərinin nəinki Azərbaycan kinosu, hətta Avropa üçün də yeniliklər gətridiyini bildirib. Rejissor isə mükafatı bütövlükdə Azərbaycan kinosuna verilən dəyər adlandırıb.


Qaynar.info