Xəbər lenti

Vaqif Səmədoğlu Allaha səsləndi - KƏDƏRLİ STATUS
Ölkə07:18 07.02.2014

Vaqif Səmədoğlu Allaha səsləndi - KƏDƏRLİ STATUS

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xalq şairi, sabiq deputat Vaqif Səmədoğlu facebook səhifəsində təsirli və özünə məxsus status yazıb.

Qaynar.info şairin statusunu təqdim edir: "Allah, nə var, nə yox? Məndən nə xəbər var? Gecələri özüm sayaram, üzümə açılacaq neçə səhər var? Bəyənəcəksənmi məni, bəndəni hansı gözlə görəcəksən? Allah, özüm gəlim, ya kimisə göndərəcəksən?..."

Xatırladaq ki, V.Səmədoğlu xeyli müddətdir ki, ağır xəstəlikdən əziyyət çəkir. Həkimlər onun ağ ciyərində bəd xassəli şiş aşkar ediblər. Şair bir müddət İsraildə müalicə aldıqdan sonra Azərbaycana qayıdıb. Onun müalicə xərclərini Azərbaycan dövləti qarşılayır. Allah şəfa versin.

Qaynar.info