Xəbər lenti

Vaqif Səmədoğlundan xəbər var
Ölkə14:20 14.01.2014

Vaqif Səmədoğlundan xəbər var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xalq şairinin müalicəsi davam edir

Bədxassəli şişdən əziyyət çəkən xalq şairi, dramaturq, publisist Vaqif Səmədoğlunun səhhəti ilə maraqlandıq. V.Səmədoğlunun səhhəti danışmasına imkan vermədiyindən onunla bağlı son durumu xanımı Nüşabə Vəkilovadan öyrəndik. Xanımı hazırda Vaqif Səmədoğlunun müalicəsinin davam etdiyini dedi: “Hazırda müalicə olunur. İndi Bakıda deyilik. Olduğumuz yerdə də bilənlər gəlib tez-tez ziyarət edirlər. Azərbaycan İsrail Cəmiyyəti də mütəmadi olaraq bizi diqqətdə saxlayır.  Müalicə ev şəraitində olmur, bunun üçün klinikaya gedirik. İndi müayinə olunur. Sonradan müalicəsi davam edəcək. Bundan sonra qayıdacağıq”.

Xatırladaq ki, V.Səmədoğlunun bütün müalicə xərclərini prezident İlham Əliyev öz üzərinə götürüb.


Qaynar.info