Xəbər lenti

Varşavada Qarabağ münaqişəsi müzakirə olunacaq - Uorlik
Ölkə17:50 07.07.2016

Varşavada Qarabağ münaqişəsi müzakirə olunacaq - Uorlik

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Varşavada keçirilən NATO sammiti çərçivəsində müzakirə olunacaq.

Bu barədə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Twitter hesabında yazıb.

“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar prosesinin davam etdirilməsi üçün NATO sammiti yaxşı imkandır”, deyə Uorlik bildirib. 

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev iyulun 7-də Polşanın paytaxtı Varşavaya işgüzar səfərə gedib. Səfərin məqsədi NATO-nun sammitində iştirak etməkdir.

Qaynarinfo.az