Xəbər lenti

Vasif İsmayıl üçüncü doza peyvənd olundu, əhaliyə çağırış etdi
Ölkə05:44 25.08.2021

Vasif İsmayıl üçüncü doza peyvənd olundu, əhaliyə çağırış etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl üçüncü doza korona peyvəndi olunub.
Qaynarinfo xəbər verir ki, bu barədə həkimin özü məlumat verib. Vasif İsmayıl üçüncü doza kimi "Pfizer” vaksinini seçib: 
"Bundan əvvəl yanvar və fevral aylarında "Sinovac” peyvəndi olunmuşdum. Dostlar, biz bu imkanın qədrini bilməliyik. Qonşu Gürcüstan Azərbaycandakı kimi peyvəndlənmə imkanı olmadığı üçün bu gün koronadan insan ölümü üzrə dünya birincisi oldu”.
Vasif İsmayıl əhalini Azərbaycanda yaradılmış imkanlardan istifadə etməyə çağırıb.
Bahar Rüstəmli