Xəbər lenti

Vasif Talıbov müharibə veteranlarına maşın hədiyyə etdi (FOTO)
Ölkə13:26 09.05.2019

Vasif Talıbov müharibə veteranlarına maşın hədiyyə etdi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müharibə veteranlarına avtomobil hədiyyə edib.
Qaynarinfo xəbər verir ki, mayın 9-da - faşizm üzərində Qələbənin 74-cü ildönümündə Naxçıvan şəhərində 2 nəfər 1941-1945-ci illər müharibəsi iştirakçısına, 2 Azərbaycan Vətən Müharibəsi veteranına və 3 hərbi xidmət vəzifələrinin icrası zamanı sağlamlığını itirmiş şəxsə "NAZ-Lifan-320” markalı minik avtomobili təqdim edilib.
Vasif Talıbov çıxış edərək deyib ki, dövlətçilik olan yerdə vətənpərvərlik, inkişaf, sabitlik və sosial qayğıya ehtiyacı olanlara dövlət qayğısı olur. "Bu gün ölkəmizdə inkişaf və sabitlik var. Sosial himayəyə ehtiyacı olan insanlara dövlət qayğısı göstərilir. Müharibə veteranlarına və sosial himayəyə ehtiyacı olanlara minik avtomobillərinin təqdim olunması da Azərbaycan dövlətçiliyinin mühüm göstəricilərindəndir”.
O, avtomobillərin açarlarını veteranlara təqdim edib.