Xəbər lenti

Vasif Talıbov Naxçıvanda çimərlik açdı - FOTOLAR
Ölkə04:18 08.07.2014

Vasif Talıbov Naxçıvanda çimərlik açdı - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İyulun 7-də Uzunoba su anbarında yeni istirahət mərkəzi – Naxçıvan Şəhər Çimərliyi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən bildiriblər ki, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov tədbirdə çıxış edərək bu gün Naxçıvan şəhərində aparılan quruculuq işlərinin bütün sahələri əhatə etdiyini deyib. Vüqar Səfərov yaradılan şəraitə görə Naxçıvan şəhər sakinləri adından minnətdarlıq edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan Şəhər Çimərliyinin istifadəyə verilməsi münasibətilə tədbir iştirakçılarını təbrik etmiş, burada şəhər sakinlərinin və muxtar respublikaya gələn qonaqların istirahətinin səmərəli təşkil olunacağını deyib.

Ali Məclisin Sədri çimərliyin yaradılmasında əməyi olanlara təşəkkürünü bildirmiş, açılışı bildirən lenti kəsib.

Bildirilib ki, ərazidə kompleks tikinti işləri görülüb, Uzunoba su anbarı əsaslı şəkildə yenidən qurulub. Çimərliyin qumlu sahil xəttinin uzunluğu 280 metrdir. Böyüklər və uşaqlar üçün nəzərdə tutulan çimərlik iki hissədən ibarətdir. Böyüklərin istirahəti üçün ayrılan sahənin su hissəsinin dərinliyi 4 metrdir. Suyun üzərində çimərlik sərhədinin qurtardığını bildirən qadağanedici nişanlar qoyulub.

Çimərlik ərazisində insanların istirahəti üçün lazımi şərait yaradılmışdır. Burada günlüklər, paltardəyişmə yerləri, duş kabinələri, futbol və voleybol meydançaları, eləcə də avtomobil dayanacağı yaradılmış, ictimai-iaşə xidməti təşkil olunmuşdur. Çimərliyə xidmət edən inzibati binada iş otağı, kafe, mətbəx, anbar və mağaza yerləşir. Su anbarının üzərində hər biri 20 kvadratmetr olan 3 istirahət köşkü və 15 metr uzunluğunda platforma quraşdırılmışdır. Burada su idman növləri ilə məşğul olmaq üçün də lazımi şərait yaradılmış, su velosipedləri və motosikletləri qoyulub.

Qeyd olunub ki, çimərlikdə təhlükəsizlik tədbirləri də diqqətdə saxlanılmış, müşahidə qülləsi yaradılmış, xəbərdaredici və məlumatlandırıcı lövhələr vurulub.Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasedici qrupu ərazidə xidmət göstərir.

Ərazidə geniş abadlıq işləri aparılmış, 160 kilovoltamper gücündə transformator yarımstansiyası və 38 ədəd işıqlandırma dirəyi quraşdırıılıb. Çimərliyə gedən 2,2 kilometrlik yola asfalt örtük salınmış, 210 metr istinad divarı tikilib.

Ali Məclisin Sədri çimərlik zonasında təhlükəsizlik qaydalarına əməl edilməsi və xidmətin nümunəvi təşkili barədə müvafiq tapşırıqlar verib.

Qaynar.info