Xəbər lenti

Vasif Talıbov naziri təltif etdi
Ölkə13:46 30.04.2019

Vasif Talıbov naziri təltif etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Səbuhi Məmmədova fəxri ad verib.
Qaynarinfo xəbər verir ki, V.Talıbov bununla bağlı sərəncam imzalayıb.
Sərəncamla Naxçıvan Muxtar Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Səbuhi Hidayət oğlu Məmmədova "Əməkdar dövlət qulluqçusu” fəxri adı verilib.
Qeyd edək ki, S.Məmmədov Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini - maliyyə naziridir.