Xəbər lenti

Vasif Talıbov onlara maşın hədiyyə etdi (FOTO)
Ölkə06:51 02.12.2017

Vasif Talıbov onlara maşın hədiyyə etdi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Qarabağ qazilərinə avtomobil hədiyyə edib. 
Qaynarinfo xəbər verir ki, hərbi xidmət vəzifələrinin icrası zamanı sağlamlıq imkanları məhdudlaşmış şəxslərə ötən gün "NAZ-Lifan-320” markalı minik avtomobilləri təqdim olunub.
V. Talıbov mərasimdə çıxış edərək bildirib ki, avtomobillə təmin olunan şəxslərin xidməti vəzifələrini layiqincə yerinə yetirməsi Vətənə xidmətin nümunəsidir: "Bu gün xidməti borclarını layiqincə yerinə yetirən insanlara avtomobillərin təqdim olunması həm də onların hərəkət imkanlarını yaxşılaşdıracaq”. 
AM sədri onlara yeni avtomobillərin açarlarını təqdim edib.