Xəbər lenti

Vasif Talıbov üç nəfəri təltif etdi
Ölkə18:30 28.03.2016

Vasif Talıbov üç nəfəri təltif etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvan Muxtar Respublikası təltiflərinin verilməsi haqqında sərəncam imzalayıb. "Report" xəbər verir ki, sərəncamla üç nəfər təltif edilib.
Belə ki, Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı sahəsində səmərəli fəaliyyətlərinə görə, Əfəndiyev Zərrab Nizaməddin oğlu - “Əməkdar kənd təsərrüfatı işçisi” fəxri adı ilə, Hacıyev Rasim Bəyalı oğlu və Hüseynov Ədalət İsmayıl oğlu - “Rəşadətli əməyə görə” nişanı ilə təltif olunublar.
Qaynar.info