Həmişə qeyri-adi qərarları ilə diqqəti çəkən Naxçıvan Ali Sovetinin rəhbəri daha bir maraqlı qərarla diqqət mərkəzinə gəlib. Qaynar.info-nun əldə etdiyi məlumata görə, Muxtar Respulika rəhbəri bu dəfə telefonlarla bağlı qadağa qoyub.
Belə ki, Naxçıvan Muxtar Respublikasında smartfon və android tipli telefonlarla bütün idarə-müəssisələrə giriş yasaqlanıb. Qadağa orta məktəblərdən tutmuş dövlət idarələrinə, Ali Məclisə qədər bütün ictimai-iaşə obyektlərinə tətbiq edilib. Qərarına Vasif Talıbov tərəfindən verildiyi deyilsə də, səbəbi açıqlanmır.
Qeyd edək ki, 2014-cü il yanvarın 1-dən Azərbaycan Milli Məclisinə smartfon və android tipli telefonla giriş qadağan olunub. Parlamentin binasına daxil olan bütün şəxslər bu modellərdən olan mobil telefonlarını girişdə mühafizəçilərə təhvil verməlidir.
Qaynar.info