Xəbər lenti

Vasif Talıbovun oğlu Gürcüstanda beşulduzlu otel açdı - FOTOLAR
Ölkə10:07 16.10.2014

Vasif Talıbovun oğlu Gürcüstanda beşulduzlu otel açdı - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan oliqarxlarının Gürcüstana 100 milyonlarla yatırım qoyması artıq hər kəsə məlumdur. Faktların sırasına daha biri əlavə olunub. Vasif Talıbovun oğlunun adı ilə yayılan bir xəbər ölkənin sərmayesinin istiqamətini aşkarlayır.  
"Gəmiqaya Holdinq" Gürcüstanda 5 ulduzlu otel açıb. Xalq.az-ın verdiyi məlumata əsasən, "Gəmiqaya Holdinq" tərəfindən istifadəyə verilmiş “Divan Suites Batumi” otelinin açılışında Acarıstan Muxtar Respublikası hökumətinin rəhbəri cənab Arçil Xabadze, Acarıstan Muxtar Respublikası Ali Məclisinin sədri cənab Aftandil Beridze, "Gəmiqaya Holdinq"in rəhbəri cənab Rza Talıbov, eləcə də digər rəsmi qonaqlar iştrak ediblər.
Xatırladak ki, Rza Talıbov Naxşıvan Müxtar Respublikasının Ali Məclisin sədri Vasif Talıbovun oğludur, siyasi elmlər üzrə fəlsəfə doktorudur. İş fəaliyyətindən əlavə xeyriyyəçiliklədə məşğul olur.
Qaynar.info