Xəbər lenti

Vasif Talıbovun şirkəti xaricə su sata bilmir
Ölkə08:30 06.08.2015

Vasif Talıbovun şirkəti xaricə su sata bilmir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Badamlı” mineral sularının istehsalçısı “Gəmiqaya Mineral Sular” Məhdud Məsuliyyətli Cəmiyyəti istehsal, satış və ixracı barədə məlumatları açıqlamışdır.

Ümumilikdə, cari ilin ötən dövründə 1 milyon 452 min 700 ədəd su istehsal edilmiş, 392 min 200 ədədi muxtar respublika ərazisində, 1 milyon 17 min ədədi Bakı şəhərində və ölkəmizin müxtəlif bölgələrində satışa çıxarılmışdır.

“Badamlı” mineral süfrə suyunun muxtar respublika ərazisində satışı “Gəmiqaya Bərəkət Bazarlama” MMC, Bakı şəhərində və ölkəmizin digər regionlarında isə “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqının Bakı Satış Mərkəzi vasitəsilə həyata keçirilir.

“Badamlı” mineral suyunun xarici ölkələrə ixrac olunması cari ildə də diqqət mərkəzində saxlanılmış, bağlanmış müqaviləyə əsasən, 43 min 500 ədəd mineral suyun Rusiya Federasiyasına göndərilməsi təmin edilmişdir.

Qeyd edək ki, “Gəmiqaya Mineral Sular” MMC-nin iqtisadi əlaqələri daha da genişləndirilmiş, cari ilin ötən dövründə istehsal edilən “Badamlı” mineral süfrə suyunun 27 faizi muxtar respublika ərazisində, 70 faizi Bakı şəhərində və müxtəlif regionlarda satışa çıxarılmış, 3 faizi isə Rusiya Federasiyasına ixrac olunmuşdur. Mineral suyun digər xarici ölkələrə ixrac olunması istiqamətində işlər davam etdirilir. 

“Badamlı” mineral bulağı ötən əsrin ortalarında aşkar olunmuşdur. 1947-ci ildə kiçik müəssisə yaradılaraq ilk dəfə əl üsulu ilə cəmi 30-40 litr su istehsalına başlanılmışdır.2004-cü ildə özəlləşdirilən müəssisədə daha keyfiyyətli məhsul istehsalına başlanılmışdır. “Gəmiqaya Mineral Sular” Məhdud Məsuliyyətli Cəmiyyəti müəssisəyə bazar iqtisadiyyatının tələblərinə uyğun yeni həyat vermişdir. (Marja)

Qaynar.info