Siyasət 15:28 09.06.2023

Vaşinqton görüşü niyə təxirə salındı? (ŞƏRH)

"Bakı hələlik belə bir görüşün keçirilməsində maraqlı deyil”. 

Bunu Qaynarinfo-ya açıqlamasında "Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında iyunun 12-də Vaşinqtonda keçirilməli olan görüşün təxirə salınmasını şərh edərkən deyib.

"İrəvan rəsmiləri iddia edir ki, guya Vaşinqton görüşünün təxirə salınmasını Bakı xahiş edib. Əslində, burada xahiş məsələsi yoxdur. Görüşün təxirə salınmasının səbəbləri var. Bəli, görüşün təxirə salınması təşəbbüsü Azərbaycan tərəfindən gəlib. Bakı hələlik belə bir görüşün keçirilməsində maraqlı deyil”. 

Qeyd edək ki, Ermənistan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayaraq Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında iyunun 12-də ABŞ-də keçirilməsi planlaşdırılan danışıqların növbəti raundunun təxirə salındığını bildirib. "Azərbaycan tərəfinin xahişi ilə  gələn həftə Vaşinqtonda keçirilməsi planlaşdırılan müzakirələrin növbəti raundu təxirə salınıb. Görüşün yeni tarixi barədə  ictimaiyyətə lazımi qaydada məlumat veriləcək”, - açıqlamada deyilir. 

Rüfət Sultan