
İdris Heydərli
Nizami kinoteatrında ”Sirli Bənövşə”yə baxış idi. Məshəti Gəncəvi anılıb, filmləşib, - deyə getdim. Tehran Əlşanoğlu ilə yanaşı əyləşmişdik. “Tənqidnet” jurnalı müzakirə mövzumuz oldu. Turxanın atasını (Əbu Turxan) - "Böyük Şərq filosofu" adlandırılan mütəfəkkirin kimliyini sözləşdirdik. "Məncə, Xəlilov daha uğurlu seçim olardı", - dedim.
Və...
Təqdimat başladı. Məni filmin rejissoru Şamil Nəcəfzadə dəvət etmişdi. Arxa fonda miniatür elementlərlə “Sirli Bənövşə” yazısı, sonra Sara Oğuz, sonra Məshəti yaradıcılığının araşdırmaçısı olan bir xanım danışdı. Bu ön təqdimatlar, sadəcə, sovet ədəbiyyatının Məshəti tanıtımı idi və bir tək sufilik nəzəriyyəsi daha tez tez vurğulanırdı. "Kimdir Məshəti?" sualından daha çox nəzəriyyə var idi. Bu nəzəriyyələr belə sovet ədəbiyyatşünaslığının hisindən, pasından bozararaq yetimləşən, “ağız” laşan ədəbi düsturlarla sözləşdiyindən "Tez filmi başlayın" istəyi var idi.
Və...
Svetaevadan bir misra ilə başladı. Sonra "davay dostvidane" olacaqdı. Sonra rus şagirdi Məshəti araşdırmaçısına məkub yazacaqdı. Sonra isə rusdilli təfəkkürlə rubai, rus təfəkkürü ilə sufilik, rusbaşı ilə Məshəti xaşı...
Və...
Mədəniyyət Nazirliyinə tövsiyəm: "Etməyin. Xahiş edirik, nə edirsinizsə edin, amma dəyərlərimizlə oynamayın. Pul qazanın, xərcləyin, ancaq dəyərlərimizlə işiniz olmasın".
Və...
Mənicə "Bənövşə" deməkdir. Səlcuqlar dövrünü tarixçi dostum Kərəm Məmmədovla və Əkbər Nəcəflə tez tez bölüşürük. Amma bu filmdə "bənövşələşən" poeziyamızın və betonlaşan ədəbiyyatşünaslığımızın məhsulu olaraq nə Mənicəni tanıya bildik, nə də səlcuqları.
Və...
Mədəniyyət Nazirliyinə həm də "Bizim maliyyələşdirdiyimiz filmlərə baxmayın" yazısını tövsiyə edirik!
Və...
Turxanın atası ilə tanış deyiləm. Ondan bir "Şərq mütəfəkkiri" kimi sitat bu: ""Və" dən sonra yerinə düşərdi".
...Və!!!