Xəbər lenti

Vəhşi heyvanlar Zərdaba hücum etdi
Ölkə19:42 20.12.2017

Vəhşi heyvanlar Zərdaba hücum etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Vəhşi heyvanlar Zərdab rayonunun "32 hektar” adlanan yaşayış massivinə  hücum edib.
Qaynarinfo APA-ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında baş verib. Rayon sakini, 1964-ci il təvəllüdlü Zeynəb Şamil qızı Hüseynovaya məxsus fərdi təsərrüfata hücum edən vəhşi heyvanlar hində olan 34 baş toyuq-cücənin hamısını tələf edib.
Ev sahibi toyuq-cücənin çaqqalların tələf etdiyini güman edir. Sakinlər analoji hadisələr rayon ərazisində tez-tez baş verdiyini deyirlər.