Xəbər lenti

Vəkil avropalı nümayəndədən gileyləndi
Ölkə10:55 24.05.2013

Vəkil avropalı nümayəndədən gileyləndi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Vəkil Əsabəli Mustafayev mayın 24-də Bakı İstintaq Təcridxanasında Müsavat başqanının müavini, “Yeni Müsavat” qəzetinin əməkdaşı Tofiq Yaqublu ilə görüşüb. 

“Media forum” saytına danışan vəkil deyib ki, məhbusun saxlanma şəraitindən, səhhətindən heç bir şikayəti yoxdur: “Tofiq Yaqublu özünü çox yaxşı hiss edir. Ruhdan düşməyib, nikbindir. Ona mütəmadi olaraq “Yeni Müsavat” qəzeti verilir. Amma abunə olduğu “Azadlıq” qəzetini ala bilmir. Bunun səbəblərini öyrənməyə çalışıram”.

Vəkil qeyd edib ki, Avropa Şurasının insan hüquqları üzrə komissarı Nils Muiznieksin Tofiq Yaqublu ilə görüşməməsindən təəssüf hissi keçirir: “Nils Muiznieks hazırda Azərbaycanda səfərdədir. Onun səfər planında İlqar Məmmədovla görüş var. Həmçinin İsmayıllının yerli fəalları ilə görüşüb. Təəssüf edirik ki, Tofiq Yaqublu bu plandan kənarda qalıb. O, ölkənin aparıcı müxalifət partiyası olan Müsavatın başqan müavinidir, tanınmış jurnalist, siyasətçidir. Ümumiyyətlə, Yaqublu ailəsi öz fəaliyyəti ilə Azərbaycanda yaxşı tanınır. Bu məsələdə Tofiq bəyin kənarda qalması bizdə təəssüf hissi yaradır.

Biz bunun günahını həm də vəkillərdə görürük. Hesab edirik ki, vəkillər beynəlxalq təşkilatlarla daha yaxından işləməlidir. Bununla bağlı öz aramızda müzakirə oldu. Müəyyən tədbirlərin keçirilməsi, məsələlərin həll olunması qərara alındı. Yəqin ki, prosesə sabahdan başlayacağıq”.

İsmayıllı hadisələrində günahlandırılan Tofiq Yaqublu bu il fevralın 4-dən həbsdədir.

Qaynar.info